Görülmüş işlər

POLL

İxtisas və müvafiq ali təhsil müəssisəsi seçimində hansı amil sizin üçün daha vacibdir?





Results

Presentation

Tuesday, 14 December 2010 12:57

Azərbaycanda İnnovativ müəllimlər müsabiqəsi elan olundu

Azərbaycanda İnnovativ müəllimlər müsabiqəsi elan olundu

Azərbaycan Respublikası Təhsil nazirliyinin dəstəyilə “Microsoft Azərbaycan” şirkəti Azərbaycanda İnnovativ Müəllimlər müsabiqəsini elan etdi. Müsabiqə Təhsil nazirliyinin Microsoft korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir, və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq keçirilir.

Müsabiqənin məqsədi orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərin seçilməsindən ibarətdir. Müsabiqə iki nominasiya üzrə keçiriləcək: “Məzmunda innovasiyalar” və “Tərəfdaşlıqda innovasiyalar”.

“Məzmunda innovasiyalar” nominasiyası innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımılə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənir.

“Tərəfdaşlıqda innovasiyalar” nominasiyası müəllim, şagird, məktəb, valideyn və s. kimi müxtəlif qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsini müəyyənləşdirəcək.

Müsabiqə iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə hər bir iştirakçı peşəkar jürinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər. Finalçılar arasında müsabiqənin iki nominasiyası üzrə qaliblər həm pedaqoji, həm də valideyn jürisi tərəfindən müəyyənləşdiriləcək. Hər iki nominasiya üzrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblər müəyyənləşəcək. Layihələrin qəbulu gələn ilin 15 yanvar tarixində başa çatacaq. Müsabiqə haqqında ətraflı məlumatı http://itn-az.spaces.live.com öyrənmək olar.

“Təhsildə Əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundovun sözlərinə görə müsabiqənin mütləq şərti təqdim olunan layihənin artıq tətbiq olunmasından ibarətdir. Layihənin yararlığının təsdiqi kimi onun tədris prosesində artıq uğurla istifadə olunmasıdır. Ona görə də, müsabiqə şərtlərindən biri də həmin layihədə şagird əməyinin olması və şagirdlərin cəlb olunmasıdır. E.Axundov qeyd etdi ki, qalibləri müəyyən edən zaman mütəxəssislərin rəyi ilə yanaşı, həmçinin valideyn jürisinin mövqeyi də nəzərə alınacaq. Bu layihənin nəinki metodik və innovasiya tərəflərini, həmçinin sözügedən layihənin şagirdlərin təhsilində vacibliyini valideynlərin gözü ilə qiymətləndirməyə imkan verəcək.

Müsabiqənin qalibləri Moskvada 2011-ci ilin 22-24 mart tarixində keçiriləcək Avropa innovativ müəllimlər forumunda iştirak edəcəklər.