Dövlət Proqramının istiqamətləri

Опрос

İxtisas və müvafiq ali təhsil müəssisəsi seçimində hansı amil sizin üçün daha vacibdir?





Итоги

Презентация

Понедельник, 20 Июня 2011 09:11

Azərbaycan Diplomatik Akademiyası bakalavr proqramı üzrə abituriyentlərin qəbuluna hazırlaşır

Azərbaycan Diplomatik Akademiyası bakalavr proqramı üzrə abituriyentlərin qəbuluna hazırlaşır
Bakı, 18 iyun (AzərTAc). Azərbaycan Diplomatik Akademiyası (ADA) bu il Beynəlxalq Münasibətlər və Biznesin İdarəedilməsi bakalavr proqramları üzrə abituriyentlərin qəbul edəcəkdir. Hazırda Akademiyada yalnız beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsi vardır.
İyunun 18-dən Akademiyada təhsil almaq arzusunda olan gənclər üçün “açıq qapı” günləri başlamışdır.
Bu il bakalavr proqramı üzrə Azərbaycan vətəndaşları üçün 60 yer ayrılmışdır. Bununla belə, bu ali təhsil ocağının tələbəsi olmaq istəyənlərin sayı çoxdur. Qəbul prosesində yerli abituriyentlərlə yanaşı, əcnəbilər də iştirak edəcəklər.
Ümumiyyətlə, 5 il bundan əvvəl yaradılmasına baxmayaraq, akademiya dünyada böyük nüfuz qazanmışdır. ADA-da təhsil almaq üçün 61 ölkədən müraciət daxil olmuşdur.
Bakalavr proqramına bu ildən başlamasına baxmayaraq, bir sıra Avropa ölkələrindən, o cümlədən Belçika və Danimarkadan ADA-ya müraciət edənlər vardır.
Akademiyaya qəbul olan tələbələr təhsilə intensiv ingilis dili proqramı (İELP) ilə başlayacaqlar. Mövcud proqramın müddəti bir ildir. Proqramın sonunda dil səviyyəsini müəyyən edən testdən müvəffəqiyyətlə keçən tələbələr dördillik bakalavr proqramına davam edəcəklər.
“Açıq qapı” günlərinin iyulda da keçirilməsi planlaşdırılır.