Ali təhsil müəssisələri üçün “Microsoft Teams” platformasının təhsil imkanları mövzusunda görüş keçirilib

  • Bazar ertəsi , 7 Sentyabr 2020


  • 13:25

4 sentyabr tarixində yeni tədris ilinə hazırlıq məqsədilə “Microsoft Teams” platformasında qeydiyyatdan keçmiş ali təhsil müəssisələri ilə onlayn görüş təşkil olunub.

Görüşdə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi,  Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları, “Microsoft” şirkətinin nümayəndəsi,  ali təhsil müəssisələrinin tədris işləri üzrə prorektorları və İKT üzrə müvafiq struktur bölmə rəhbərləri iştirak edib.

Görüşün keçirilməsində məqsəd ali müəssisələrinə “Microsoft Teams” platforması vasitəsi ilə tədrisdə fəaliyyətin təşkili, platformadan istifadə qaydaları üzrə dəstək göstərmək olub. Qeyd edək ki, mövzu ilə əlaqədar orta ixtisas təhsil müəssisələri üçün də görüşlər təşkil olunacaqdır.