“First Lego League Azərbaycan” yarışının qalibləri mükafatlandırılıb

  • Cümə axşamı , 31 Mart 2022


  • 13:25

Təhsil Nazirliyi, ADA Universiteti və “"Edumedia-Azərbaycan" şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “First Lego League Azərbaycan” (FLL) mühəndislik və robot texnologiyaları yarışı başa çatıb.  


Ümumilikdə 54 komanda yarışa qatılıb. Hər iki turnir günü üzrə nominasiya qalibləri və çempionlar kubok və hədiyyələrlə mükafatlandırılıblar. Turnirdə iştirak edən bütün komandalar isə medal və sertifikatlarla təltif olunublar. 


Qeyd edək ki, “CITY SHAPER” mövzusuna həsr edilən builki turnirdə iştirak üçün 10-16 yaşlı şagirdlər komanda şəklində şəhərqurma üzrə tədqiqat aparıb, “Lego Midstorms EV3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün robot yığıb, onun proqramlaşdırmasında yaradıcı yanaşma nümayiş etdiriblər.