"Microsoft" şirkəti azərbaycanlı müəllimlər üçün təlim təşkil etmişdir.

  • Çərşənbə , 25 May 2022


  • 13:25

Mayın 17-də "Microsoft" şirkəti tərəfindən azərbaycanlı müəllimlər üçün “Windows-un müasir versiyalarında tədris alətləri“ mövzusunda təlim təşkil edilmişdir.

 

Təlim şirkətin “Windows” və “Microsoft Office” kimi məhsullar üzrə aparıcı eksperti Marat Xayrulin tərəfindən aparılmışdır. Marat Xayrulin eyni zamanda “Microsoft Inclusive Tools” təlim kursunun və “İnklüziv Alətlər Kataloqu"nun müəlliflərindən biridir.

 

Təlim çərçivəsində “Windows 10” və “Windows 11” sistemlərində müəllimin işini daha səmərəli və asanlaşdıracaq, daha yaradıcı təlim materiallarının yaradılmasına kömək edəcək alətlər barədə, eləcə də inklüziv təhsil imkanlarından danışılmışdır. Təlim müddətində müəllimlər alətlərin canlı nümayişini izləmək və  faydalı materiallar əldə etmək imkanı əldə etmişlər.

 

Qeyd edək ki, ötən tədris ilində eyni məzmunlu təlim 900-ə yaxın müəllimin iştirakı ilə "Virtual məktəb" platforması üzərindən onlayn təşkil edilmişdi.