“Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı çərçivəsində seminar

  • Çərşənbə , 12 Dekabr 2018


  • 13:25

Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı çərçivəsində 6 dekabr 2018-ci il tarixində “Təhsil sahəsində IT texnologiyaları” adlı seminarda məruzəçi qismində çıxış etmişdir.

Seminarın əsas mövzusu təhsil və tədris prosesində informasiya texnologiyalarının tətbiqi olmuşdur. Məruzə zamanı Vüsal Xanlarov Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində müasir öyrənmə infrastrukturun yaradılması istiqamətində görülmüş işlər, təhsildə innovasiyaların əhəmiyyəti, İT təhsilin aktuallığı, sənaye və təhsil sahələrinin əməkdaşlıq imkanlarından bəhs etmişdir. Daha sonra şagirdlərdə öyrənmə bacarıqlarının və alqoritmik düşüncə tərzininin formalaşmasının vacibliyi vurğulanmışdır.

Eyni zamanda, paneldə ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini Anar Məmmədov, “RED Communications” PR və BTL Agentliyinin icraçı partnyoru və “Azərbaycanın 100 biznes-qadını” təşkilatının sədri Tatyana Mikayılova da çıxış etmişdir.