Beynəlxalq “PolyChallenge” müsabiqəsi keçirilir

  • Bazar ertəsi , 22 Aprel 2019


  • 13:25

Təhsil Nazirliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi və “Mars Academy” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda beynəlxalq “PolyUp” layihəsi həyata keçirilir.

Hesablama düşüncəsini inkişaf etdirən, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş və hər kəsə açıq olan oyun tipli “PolyUp” platforması həm məktəb müəllimləri, həm də şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Platforma şagirdlərə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin onların həyatına təsirini anlamağa şərait yaradır. Həmçinin layihəyönümlü öyrənmə prosesində şagirdlərin yaradıcı təfəkkürü inkişaf edir.

“PolyUp” istifadəçilərini həvəsləndirmək məqsədilə, cari ilin fevral ayından etibarən ölkədə beylənxalq “PolyChallenge” müsabiqəsinə start verilib. 

Hal-hazırda Azərbaycan üzrə 4-cü “PolyChallenge” müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək istəyən müəllim və şagirdlər  müsabiqənin rəsmi saytından (www.polychallenge.org/azerbaijan-prize-az) ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, müsabiqə may ayının 6-na qədər davam edəcək.