“PolyUp” riyazi təfəkkürün inkişafı platforması vasitəsi ilə “Kod Saatı” müsabiqəsi keçirilir

  • Bazar ertəsi , 9 Dekabr 2019


  • 13:25

9-16 dekabr tarixlərində Beynəlxalq Kod Saatı Həftəsi çərçivəsində “PolyUp” riyazi təfəkkürün inkişafı platforması vasitəsi ilə “Kod Saatı” müsabiqəsi keçirilir.

Müsabiqədə iştirak üçün müəllimlər öz şagirdlərindən ibarət “PolyUp” komandası yaratmalıdır. Komanda qeydiyyatdan keçdikdən sonra şagirdlər aşağıda şəkillərdə verilmiş QR kodları skan edərək interaktiv riyazi tapşırıqlar yerinə yetirəcəklər. Düzgün həll edilmiş tapşırıqlar komandaya “Poly” xallar qazandıracaq və sonda ən çox xal toplamış komanda qalib elan ediləcək.

Müsabiqə barədə ətraflı məlumatı layihənin saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, “Polyup” hesablama təfəkkürünü inkişaf etdirən, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş ödənişsiz və hər kəsə açıq oyun tipli təhsil platformasıdır. Ötən tədris ilindən ölkəmizdə pilot olaraq tətbiqinə başlanmış layihə həm məktəb müəllimləri, həm də şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.  "PolyUp” ilə riyazi təfəkkürü inkişafa dair layihə cari ildə keçirilmiş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olmuşdur.