Layihə haqqında
Layihənin məqsədi fiziki məhdudiyyətləri olan məktəbyaşlı uşaqlara inklüziv, sistematik və fasiləsiz təhsilalma imkanı yaratmaqdır. Layihədə fiziki inkişafında və ya bədən üzvlərinin fəaliyyətində çatışmazlıqları, xroniki somatik və ya yoluxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi çatışmazlığı olan və evdə təhsil alan 3-11 sinif şagirdləri iştirak edə bilər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilində
mövcud problemlər:
·
Cəmiyyətə inteqrasiyada məhdudiyyətlərin olması;
·
Evdə fərdi təhsil aldıqları üçün həmyaşıdları ilə ünsiyyətdən uzaq
olmaları;
·
Məktəblərdə uşaqların inkluziv təhsil alması üçün maddi-texniki və
tədris bazasının lazımi həcmdə olmaması;
· Uşaqların daşınması üçün nəqliyyat vasitələrinin olmaması.
Layihənin
nailiyyətləri:
· Paytaxt və bölgələrdən 210 şagird və
40 müəllim layihəyə cəlb edilmişdir;
· Distant təhsil üzrə İKT avadanlıqlarından və xüsusi qurğulardan istifadəyə dair metodik vəsait hazırlanmışdır;
·
72 müəllim, 182 şagird və 182 valideyn üçün təlimlər keçirilmişdir;
· Şagird nəaliyyətləri üzrə monitorinq aparılmış və təhsildə uğurların artımı
müşahidə olunmuşdur;
·
Şagirdlər internet, kompüter avadanlığı və lazımi proqram təminatları ilə təmin olunmuşdur;
· Şagirdlər müasir dünya təhsil
sisteminə daha asan inteqrasiya etmə imkanı qazanmışdır.
Xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün məsafədən tədris prosesinin təşkili:
·
Məsafədən tədrisə cəlb edilmə müvafiq sənədlər təqdim olunmaqla,
könüllü əsaslarla həyata keçirilir;
·
Layihədə iştirakı təsdiq edilmiş müəllim, şagird və valideynlər üçün təlimlər təşkil edilir;
·
Şagirdlər xüsusi kompüter və digər zəruri avadanlıqlar, internet
bağlantısı ilə təmin edilir;
·
Tədris prosesi İKT-dən istifadə üzrə peşəkar müəllimlər tərəfindən aparılır;
·
Şagirdlər üçün fərdi tədris planları hazırlanarkən psixoloji-tibbi-pedaqoji
komissiyanın rəyinə üstünlük verilir;
· Məşğələlərin başlanması və qurtarması ümumtəhsil müəssisələrinin tədris planına uyğun həyata keçirilir;