Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulmuşdur. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə nəticəsində Azərbaycan şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanmışlar.
Azərbaycanda layihənin fəaliyyətini Təhsil Nazirliyinin nəzdində
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi reallaşdırır.
Layihəyə istənilən məktəb müəllim qoşula bilər. Ətraflı məlumatı
layihənin rəsmi İnternet ünvanından əldə edə bilərsiniz.