Oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq
Təhsil sərgisi keçiriləcək. “Uşaqların gələcəyinə sərmayə” devizi altında
təşkil ediləcək sərgi dünyanın 12 ölkəsindən 100-dən çox iştirakçını
bir araya gətirəcək.
Sərgidə Təhsil Nazirliyi geniş
pavilyonda təmsil olunacaq. Azərbaycanın 14 ali təhsil
müəssisəsinin qatıldığı sərgidə iştirakçılara "Təhsildə informasiya və kommunikasiya texnologiyaları", “Məktəbəhazırlıq”,
“Olimpiadalara hazırlıq mərkəzi”,
“Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman
Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət
mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”,
“Modul tipli məktəblər”, “İT STEP”, “Media
Mərkəz -Təhsil TV” və digər stendlər təqdim
ediləcək.
Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media
təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.
Üç gün davam edəcək sərgi barədə ətraflı məlumatı və elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək
mümkündür.
Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.