“eTwinning Plus” layihəsi çərçivəsində Qubada Milli Konfrans keçiriləcək

  • Çərşənbə axşamı , 23 Oktyabr 2018


  • 13:25

12-14 noyabr 2018-ci il tarixlərində “eTwinning Plus” layihəsi çərçivəsində Quba şəhərində “Layihə əsaslı öyrənmə” mövzusunda Milli Konfrans keçiriləcək. Konfransa 50-dən çox müəllimin cəlb edilməsi nəzərdə tutulub.

Tədbirin keçirilməsində məqsəd müasir tədris metodologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsi, layihə əsaslı tədrisin müzakirəsi və eyni zamanda, “eTwinning Plus” layihəsinin ölkə üzrə əhatə dairəsinin genişləndirilməsidir.

Tədbir çərçivəsində müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq.

Konfransda iştirak etmək üçün link üzrə qeydiyyatdan keçə bilərsiniz.

Xatırladaq ki, “eTwinning Plus” layihəsində Azərbaycandan indiyədək 301 məktəbdən 803 müəllimin iştirakı ilə 901 layihə həyata keçirilmişdir. Eyni zamanda, “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədi ilə Avropanın müxtəlif ölkələrində kontakt seminarlar təşkil olunur. Təşkil olunmuş seminarlarda layihəyə üzv müəllimlər iştirak edir və beynəlxalq sertifikatlarla təltif olunurlar.

Mənbə: https://etwinningplus.edu.az/news/45