“Kreativ Azərbaycan” portalı

  • Bazar ertəsi , 10 Fevral 2020


  • 13:25

“Kreativ Azərbaycan” portalı Azərbaycanda yaradıcı və mədəniyyət sənayelərinin (YMS-lər) inkişafı üçün zəruri münbit ekosistemi dəstəkləməklə yaradıcı və mədəniyyət sənaye sahələrinə dair maarifləndirmə və təbliğat fəaliyyətlərinin həyata keçirilməsini, yaradıcı məhsullar və xidmətlərin yerli istehsalı, tanıtımı və ixracını təşviq edir.

“Kreativ Azərbaycan” çərçivəsində aşağıdakı fəaliyyətlər həyata keçirilir:

- YMS-lərə dair ictimai məlumatlılıq səviyyəsinin artırılması və ayrı-ayrı sahələr üzrə sahibkarlar haqqında məlumatların müntəzəm yenilənməsi;

- Təlim proqramları, seminarları, mübadilə proqramları və digər fəaliyyətlər vasitəsilə YMS-lərdə fəaliyyət göstərən sahibkarların bilik-bacarıqların artırılması;

- YMS-lərə dair maliyyələşmə imkanları yaratmaq və mövcud maliyyə və dəstək imkanları barədə məlumatların ictimaiyyətə təqdim edilməsi;

- Yerli yaradıcı və mədəni məhsulların ixracatının dəstəklənməsi;

- YMS-lər sektorunda tədqiqat və araşdırma fəaliyyətlərinin dəstəklənməsi.