Ali təhsilin magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinə start verilir
Ali təhsil pilləsinin magistratura səviyyəsinə
sənəd qəbulu prosesinə 9 iyul tarixində start veriləcəkdir. Müraciətçilər https://portal.edu.az/ portalında
qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan
qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq
qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb
olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial
baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil
haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların
təqdim edilməsi hissəsi də mövcuddur.
Qeyd etmək lazımdır ki, müraciətlərin
elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən
qeydiyyat etməklə yanaşı, təhsil haqqının bank, poçt, eManat terminallarına yaxınlaşaraq
nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik kartla
bankların mobil tətbiqləri və portal.edu.az vasitələrindən birini seçə bilər. Ödənişli
əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti, dövlət
sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən
olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdən əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik
və rahat faydalana biləcəklər.
Məlumat üçün bildiririk ki, elektron sistem
üzrə qeydiyyat 18 iyul saat 18:00-da yekunlaşacaqdır.