Qarabağ Univeristetində Cisco Şəbəkə Akademiyası qurulur
Elm və Təhsil Nazirliyi və Cisco şirkəti
arasında əməkdaşlıq çərçivəsində cari tədris ilindən etibarən Qarabağ
Universitetində Cisco Şəbəkə Akademiyasının yaradılması nəzərdə tutulub.
Elm və Təhsil
Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin dəstəyi ilə
qurulan akademiyanın əsas məqsədi şəbəkə texnologiyaları üzrə yerli mütəxəssislərin
hazırlanmasıdır. Cisco Şəbəkə
Akademiyasında İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların
interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və
kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilməsi
planlaşdırılır.
Akademiyada dərslər "Cisco" şirkətinin
beynəlxalq proqramına əsaslanır və peşəkar, sertifikatlaşdırılmış mütəxəssislər
tərəfindən keçirilir. Təlim kurslarında iştirak etməklə tələbələr yeni şəbəkələr,
şəbəkə inzibatçılığı, təhlükəsizlik və bulud texnologiyaları nəzəriyyələrini
öyrənir, praktiki laboratoriyalarda real və virtual sistemlərdən istifadə edərək,
biliklərini artırırlar və rəsmi sertifikasiya resurslarına çıxış imkanı
qazanırlar.
Keçiriləcək təlimlər sayəsində tələbələr “Cisco
sertifikatlı şəbəkə mütəxəssisi“
statuslarını qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcək və
real tədris laboratoriyası üzərində praktiki biliklər qazanacaqlar.