Ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunmuş namizədlərin elektron qeydiyyatına start verilir

20.08.2024

Ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunmuş namizədlərin elektron qeydiyyatına start verilir

20.08.2024

Ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunmuş namizədlərin elektron qeydiyyat prosesinə 20 avqustda start verilir. Namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Qeyd etmək lazımdır ki, müraciətlərin elektronlaşdırılması nəticəsində təhsilalanlar  təhsil haqqının bank, poçt, eManat terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri və portal.edu.az vasitələrindən birini seçə bilər.

Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdən əldə edilməsi  üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

 Məlumat üçün bildiririk ki, elektron sistem üzrə qeydiyyat 26 avqust saat 18:00-da yekunlaşacaqdır.

Ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunmuş namizədlərin elektron qeydiyyatına start verilir