Çin Xalq Respublikasının ali təhsil müəssisələrinə hökümətlərarası təqaüd proqramına elektron sənəd qəbulu başlayıb.
Çin Xalq Respublikasının ali təhsil müəssisələrində
2025-2026-cı tədris ili üçün bakalavriat, magistratura və doktorantura təhsil
səviyyələri üzrə təqaüd proqramına elektron sənəd qəbulu www.portal.edu.az platformasında aparılır.Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına portal.edu.az
platformasında “Hökümətlərarası Təqaüd Proqramı və Dövlət Proqramları
çərçivəsində xaricdə təhsil xidməti” üzrə elektron müraciət yerləşdirirlər.
Son müraciət tarixi 05 yanvar 2025-ci il təyin
edilib.
Müraciətçilər müraciətlərinin statusu, irəliləyişi,
nəticələri və yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən
portal.edu.az platformasında “Şəxsi kabinet”ləri vasitəsilə əldə edə
biləcəklər.