Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov Huawei Texnologiya Sammitində çıxış etmişdir

14.06.2024

Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov Huawei Texnologiya Sammitində çıxış etmişdir

14.06.2024
13-15 may 2024-cü il tarixlərində Bakı şəhərində Orta Şərq və Mərkəzi Asiya regionu üçün Huawei Texnologiya Sammiti keçirilmişdir. Bakı Konqres Mərkəzində baş tutan beynəlxalq tədbirdə müxtəlif sahələrdə tətbiq olunan İKT məhsulları, habelə intellektual şəbəkələr, optik bağlantı, bulud, süni intellekt, rəqəmsal yaşıl enerji texnologiyalarında son yenilikləri əhatə edən həllər təqdim edilmişdir. Tədbirdə Huawei şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə prezidenti Stiven Yi,
şirkətin İKT məhsulları və həlləri üzrə prezidenti Yang Çaobin və Orta Şərq və Mərkəzi Asiya ölkələri üzrə rəsmi nümayəndələri iştirak etmişlər.
Sammitin 2-ci günü Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov çıxış etmişdir. Nazirlik ilə Huawei şirkətinin əməkdaşlığından bəhs edən natiq ölkəmizdə son illərdə İKT infrastrukturunun təkmilləşməsi, öyrədici, yaradıcı və tənqidi düşüncəni dəstəkləyən mühitin yaradılması istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Çıxışı zamanı Vüsal Xanlarov Azərbaycanda beynəlxalq təcrübədə sınanmış aparıcı rəqəmsal texnologiyaların təhsil müəssisələrinə tətbiqi üzərində işlənildiyini, rəqəmsal təhsil üçün lazımi infrastrukturun qurulması istiqamətində görülən işləri təqdim etmişdir. Eyni zamanda bildirmişdir ki, süni intellekt həllərinin digər sahələrdə olduğu kimi, təhsil sahəsində də innovasiyaların hərəkətverici qüvvəsi olduğunu bildirmişdir.
Çıxışının sonunda Vüsal Xanlarov Covid-19 pandemiyasının təhsildə yaratdığı çağırışlara cavab olaraq etibatlı İKT platformasının qurulduğunu, təhsil sistemində məlumatların məxfililiyinin saxlanmasında və mühafizəsində texnoloji həllərin vacibliyini bildirmiş, sürətlə artan şəbəkə təhdidlərinin qarşısının alınması istiqamətində etibarlı və təhlükəsiz suni intellekt innovasiyalarının zəruriliyini qeyd etmişdir.