“2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində elektron sənəd qəbulu www.portal.edu.az üzərindən aparılır.

01.03.2024

“2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində elektron sənəd qəbulu www.portal.edu.az üzərindən aparılır.

01.03.2024
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025 tədris ili üzrə sənəd qəbuluna start verilmişdir.
Qeyd etmək lazımdır ki, cari ildən etibarən müraciət elektron qaydada www.portal.edu.az portalı vasitəsi ilə aparılır. Dövlət Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üçün prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahı portalda seçim üçün əlçatandır.
Azərbaycan Respublikası vətəndaşları Dövlət Proqramına iştirak etmək üçün www.portal.edu.az portalı vasitəsi ilə “Hökümətlərarası Təqaüd Proqramı və Dövlət Proqramları çərçivəsində xaricdə təhsil xidməti” üzrə elektron müraciət yerləşdirirlər. Vətəndaşlar müraciətləri ilə bağlı status, irəliləyiş, yekun nəticə və yeniliklər barədə məlumatı anında öz “Şəxsi kabinet”ləri vasitəsilə əldə edə biləcəklər.
Müraciət üçün son tarix 15 iyun 2024-cü il olaraq təyin edilmişdir.
“2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində elektron sənəd qəbulu www.portal.edu.az üzərindən aparılır.