30-a yaxın internat tipli təhsil müəssisələrinə videomuşahidə kameraları quraşdırılmışdır

31.01.2024

30-a yaxın internat tipli təhsil müəssisələrinə videomuşahidə kameraları quraşdırılmışdır

31.01.2024
2023-cü ildə ölkə üzrə internat tipli təhsil müəssisələrində müşahidə kameralarının quraşdırılması prosesi aparılmışdır. Belə ki, təhsil müəssisələrində təhlükəsizlik proseslərinin tənzimlənməsi üçün müşahidə kameraları 17 regionu əhatə edən internat müəssisələrində quraşdırılmışdır. Video kameralar 28-i xüsusi təhsil müəssisəsi, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Mingəçevir şəhərində yerləşən Uşaq və Ailələrə Dəstək mərkəzləri olmaqla ümumilikdə 30 təhsil müəssisəsində quraşdırılmışdır. Təhlükəsizlik kameraları quraşdırılmış xüsusi təhsil müəssisələri ölkə üzrə internat tipli təhsil müəssisələrinin 76%-ni təşkil edir. Qeyd edək ki, müşahidə kameralarının quraşdırılması təhsil müəssisələrində təhlükəsizliyin artırılmasına, nizam-intizam qaydalarının möhkəmləndirilməsinə və müəssisə daxilində hərəkətliliyi nəzarətdə saxlamağa kömək edir.
30-a yaxın internat tipli təhsil müəssisələrinə videomuşahidə kameraları quraşdırılmışdır