Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olanların elektron qeydiyyatına start verilir

28.08.2024

Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olanların elektron qeydiyyatına start verilir

28.08.2024

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə 28 avqust  saat 11:00-da start verilmişdir.  Abituriyentlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeyd etmək lazımdır ki, müraciətlərin elektronlaşdırılması nəticəsində təhsilalanlar  təhsil haqqının bank, poçt, ödəniş terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri, gpp.az və portal.edu.az vasitələrindən birini seçə bilər. Həmçinin müraciət zamanı ödənişli əsaslarla qəbul olunan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi, dövlət sifarişli qəbul olunanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdən əldə edilməsi üçün müraciət edə və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

 Məlumat üçün bildiririk ki, elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00 -da yekunlaşacaqdır.

Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olanların elektron qeydiyyatına start verilir