Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov beynəlxalq tədbirdə iştirak edir
19-21 sentyabr 2024-cü il tarixlərində
Çin Xalq Respublikasının Şanxay şəhərində Huawei Connect 2024 beynəlxalq konfransı keçirilir. Tədbirin
keçirilməsində məqsəd müxtəlif sənayelərin rəqəmsal və süni intellekt
texnologiyalarından maksimum istifadəsinə dair
rəqabətqabiliyyətli məhsullar və həllər təqdim etmək və geniş çeşiddə
süni intellekt modelləri və tətbiqlərini dəstəkləməkdir.
Tədbirdə Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov Huawei şirkətinin qlobal ictimai sektorunun vitse prezidenti Andrew Zhang ilə görüşmüş və bütün təhsil pillələləri üzrə təhsil sisteminin rəqəmsallaşması istiqamətində müzakirələr aparmışdır. Görüş zamanı eyni zamanda süni intellektin tədrisə səmərəli tətbiqi, rəqəmsal öyrənmə infrastrukturunun təkmilləşməsi mövzuları da yer almışdır.
Qeyd edək ki, 3 günlük tədbirdə rəqəmsal və süni intellekt texnologiyalarının müxtəlif istehsal sahələrində inkişafına dair Huawei-in 20 000-dən çox həlləri və sənaye trendləri nümayiş etdiriləcəkdir.