Ölkə üzrə 5 700-dən çox pedaqoji heyət üzvü rəqəmsal savadlılığın artırılması istiqamətində təlimlər keçmişdir

24.11.2024

Ölkə üzrə 5 700-dən çox pedaqoji heyət üzvü rəqəmsal savadlılığın artırılması istiqamətində təlimlər keçmişdir

24.11.2024

Cari ildə 5 742 təhsilverən İKT savadlılığının artırılması üzrə təlimlərdə iştirak etmişdir.  Belə ki, rəqəmsal savadlılığın artırılması istiqamətində keçirilən təlimlər ölkənin müxtəlif bölgələrini əhatə etmişdir. Ümumtəhsil müəssisələrinin təhsilverənləri üçün "Microsoft Certified Educator" (“Microsoft sertifikatlı pedaqoq”) və “ICDL Kompüter və Onlayn Bacarıqlar” imtahanı vasitəsi ilə müəllimlərin bilik və bacarıqlarının yoxlanması istiqamətində təlimlər təşkil edilmişdi.

MCE sertifikasiyası pedaqoji işçilərin dayanıqlı texnoloji savadlılığını qiymətləndirmək, müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsilə tətbiqini öyrənmək məqsədi daşıyan beynəlxalq proqramdır. Təlim proqramının sonunda təlimdə iştirak edən təhsilverənlər MCE sertifikasiya imtahanında iştirak edirlər.

 “ICDL Kompüter və Onlayn Bacarıqlar imtahanı” əsas rəqəmsal bacarıqları qiymətləndirən beynəlxalq sertifikasiya proqramının bir hissəsidir. Bu modul kompüterlərdən və onlayn alətlərdən effektiv və təhlükəsiz istifadə ilə bağlı əsas konseptləri və praktiki bacarıqları əhatə edir. Sertifikasiya proqramı ICDL Fondu tərəfindən həyata keçirilir və ICDL Sertifikatlaşdırma standartlarının yaradılmasına və saxlanmasına, kurikuluma, qiymətləndirmə meyarlarına və qlobal çərçivəyə nəzarət etmək üçün məsul qurumdur. ICDL sertifikatı işəgötürənlər və qurumlar tərəfindən beynəlxalq səviyyədə tanınan imtahandır və Keyfiyyət Təminatı Standartlarına (QAS) malikdir.

 

 

Ölkə üzrə 5 700-dən çox pedaqoji heyət üzvü rəqəmsal savadlılığın artırılması istiqamətində təlimlər keçmişdir