Haqqımızda

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) 2008-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmışdır.

Əsas məqsədimiz

  • Təhsil sisteminin bütün pillələrini əhatə edən vahid təhsil informasiya mühitinin formalaşdırılması;
  • Təhsil sisteminin bütün pillələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi.

#

Əsas fəaliyyətlərimiz:

  • Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması;
  • Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması və təhsilin idarə olunmasının məlumat sistemlərinin inkişaf etdirilməsi;
  • Təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid informasiya infrastrukturunun yaradılması;
  • Elektron hökumət prinsiplərinin tətbiqi;
  • Tədris prosesi iştirakçılarının və tədris prosesinə dair məlumatların vahid bazada saxlanılması və təhlili;
  • Sistemdə toplanmış məlumatlar əsasında statik, dinamik və proqnoz hesabatların hazırlanmasıdır.