Azərbaycan Təhsil Şəbəkəsi

Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ)  müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən  təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. 2008-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində   Məlumat və Resurs Mərkəzi yaradılmışdır. 

Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Üstünlüklər

Təhsildə inzibati idarəetmənin təkmilləşdirilməsi

Davamlı texniki dəstək və peşəkar konsultasiya

Vahid şəbəkədə olan təhsil müəssisələri arasında məlumat mübadiləsi və video bağlantıların yaradılması imkanı

Təhsil portalında yerləşdirilən dərsliklərə, video materiallara internet bağlantısı olmadan daxil olmaq imkanı

Avtonom rejimdə fəaliyyət göstərən İntranet şəbəkəsi ilə təmin olunma

Təhsilalanların və təhsilverənlərin tədris resurslarına çıxışın asanlaşdırılması