146Qaynar xətt
146Qaynar xətt

eTwinning Plus” layihəsi yerli müsabiqə elan edir

  • Bazar ertəsi , 8 Oktyabr 2018


  • 13:25

10 Oktyabr 2018-ci il tarixində “eTwinning Plus” layihəsi çərçivəsində yerli müsabiqəyə start veriləcək.

Müsabiqənin əsas məqsədi eTwinning üzrə ilin mövzusu seçilmiş “Mədəni irsin araşdırılması” sahəsində ən yaxşı layihənin seçilməsidir. 10 oktyabr-05 noyabr tarixlərində mövzu üzrə yaradılacaq hər bir beynəlxalq eTwinning layihəsi müsabiqəyə qoşula bilər. Yaradılan layihə eTwinning portalında TDA tərəfindən təsdiq edildikdən sonra, linkdəki müraciət formasını doldurmaqla müsabiqədə iştirak etmək mümkün olacaqdır.

Qeyd olunan tarixlərdə təqdim olunmuş hər bir layihə aşağıdakı kriteriyalar üzrə qiymətləndiriləcəkdir:

·         Yaradıcılıq / Yenilikçilik;

·         Planlama;

·         Kurrikuluma inteqrasiya;

·         İnformasiya texnologiyalarının tədrisdə istifadəsi;

·         Nəticə/ Şagirdlər üzərində təsir.

Bu kriteriyalar əsasında müsabiqədə qalib olmuş layihənin yaradıcıları 2019-cu il üzrə təşkil olunacaq beynəlxalq tədbirlərdə seçim mərhələsinə qoşulmadan iştirak etmək hüququ qazanacaqlar. Beləliklə, daha əvvəl səfər etmiş müəllimlər üçün də yenidən xarici təlimlərdə iştirak etmək şansı yaranacaqdır.

Mənbə: https://etwinningplus.edu.az/news/44