Paytaxtdakı
ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif
müəllimlərinin İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə
qiymətləndirmə keçirilib.
Qiymətləndirmədə 824 müəllim könüllü
əsaslarla iştirak edib. Müəllimlər 40 dəqiqə vaxt ərzində 15 sualı
cavablandırıblar.
Qiymətləndirmədə iştirak edən müəllimlər fevral ayından
etibarən İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən İKT üzrə
keçirilən təlimə cəlb olunacaq. Təlim həftədə üç dəfə olmaqla 15 gün davam
edəcək.
Təlimin keçirilməsində məqsəd müəllimlərin İKT üzrə bilik və
bacarıqlarını daha da təkmilləşdirmək, təhsilin
bütün pillələrində İKT-dən daha səmərəli istifadə imkanlarını artırmaq, şagirdlərə İKT-dən düzgün istifadə vərdişləri aşılamaq
üsullarını təlim iştirakçılarına ötürməkdən ibarətdir.