Paytaxtın ümumi təhsil müəssisələrinin fənn
müəllimləri və ibtidai sinif müəllimləri üçün İKT-dən istifadə üzrə
təkmilləşdirmə təlimləri keçirilir.
“İKT savadlılığının
artırılması”, "Təhsildə müasir strategiyalar və layihə metodikası"
mövzusunda təlimlərə İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə
qiymətləndirmədə iştirak etmiş müəllimlər qatılıb.
İnnovativ Texnologiyalar Əlavə
Təhsil Mərkəzi tərəfindən təlimlər həftədə üç dəfə keçirilir.
Təlimlərin sonunda müəllimlərin
yekun qiymətləndirilməsi təşkil olunacaq.
Yekun qiymətləndirmənin
nəticələrinə əsasən, fənn müəllimləri və ibtidai sinif müəllimlərinə
sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, təlimlərin
keçirilməsində əsas məqsəd müəllimlərin İKT üzrə bilik və bacarıqlarını daha da
təkmilləşdirmək, təhsilin bütün pillələrində İKT-dən daha səmərəli istifadə
imkanlarını artırmaq, şagirdlərə İKT-dən düzgün istifadə vərdişləri aşılamaq
üsullarını təlim iştirakçılarına ötürməkdən ibarətdir.