Görülmüş işlər

SORĞU

İxtisas və müvafiq ali təhsil müəssisəsi seçimində hansı amil sizin üçün daha vacibdir?





Nəticələr

Təqdimat

Elektron məktəb

Təhsilin tamamilə elektronlaşdırılmış yeni modeli

“Elektron məktəb”in nümunəvi modeli


2009-cu ildən reallaşdırılmasına başlanmış “Elektron Məktəb” layihəsinə hazırda 50 təhsil müəssisəsi cəlb edilib. Bunlardan 43-ü ümumtəhsil müəssisəsidir. Bu layihənin məqsədi informasiya- kommunikasiya texnologiyalarının tədris sistemində geniş və hərtərəfli istifadəsi, o cümlədən əldə edilmiş müsbət nəticələrin Azərbaycanın digər tədris müəssisələrində tətbiqidir. Layihə çərçivəsində pilot məktəblərin müəllimləri İKT biliklərinin tədrisdə istifadə üzrə təlimlərdən keçmişdir. Həmin məktəblərdə elektron tədris resursları dərslərdə geniş tətbiq olunmaqdadır. Həmçinin “Elektron Məktəb” layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu həllər vasitəsilə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elekton jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS-lər vasitəsilə izləyə bilir.

Pilot təhsil müəssisələri Cisco şəbəkə avadanlığı ilə təmin olunmuş və Azərbaycan Təhsil Şəbəkəsinə fiber-optik xətt vasitəsilə qoşulmuşdur. Eyni zamanda layihədə iştirak edən bütün məktəblərin hər bir sinif otağı İnternet, bir noutbuk və bir proyektorla təmin olunur.  Layihədə iştirak edən ümumtəhsil müəssisələri aşağıdakılardır:

  1. Bakı şəhər 20 nömrəli tam orta məktəb-lisey
  2. Bakı Avropa liseyi
  3. Bakı şəhər 6 nömrəli tam orta məktəb-lisey
  4. Bakı şəhər 60 nömrəli tam orta məktəb
  5. Bakı şəhər 160 nömrəli Klassik gimnaziya
  6. Bakı şəhər 132-134 nömrəli Təhsil kompleksi
  7. Zərifə Əliyeva adına lisey
  8. Bakı şəhər 8 nömrəli tam orta məktəb
  9. Bakı şəhər 23  nömrəli tam orta məktəb
  10. Bakı şəhər 7  nömrəli tam orta məktəb
  11. “Ankara  Məktəbi” məktəb-liseyi
  12. İlyas Əfəndiyev adına Elitar Gimnaziya
  13. Zəngi liseyi
  14. Fizika-riyaziyyat və informatika təmayüllü lisey
  15. Heydər Əliyev adına lisey
  16. “Tərəqqi” texniki-humanitar lisey
  17. Bakı şəhər 220 nömrəli  məktəb-lisey
  18. Bakı şəhər 245  nömrəli tam orta məktəb
  19. Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü gimnaziya
  20. Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb
  21. Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü lisey
  22. Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb
  23. Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli orta məktəb
  24. Bakı şəhər 32 nömrəli tam orta məktəb
  25. Bakı şəhər 141 nömrəli tam orta məktəb
  26. Şamaxı rayon 2 nömrəli orta məktəb
  27. Bakı şəhər 62 nömrəli məktəb-lisey
  28. Quba rayonu A.Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli məktəb-lisey
  29. Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəb
  30. Bakı şəhər 42 nömrəli tam orta məktəb
  31. T. Abbasov adına 225 nömrəli tam orta məktəb
  32. 291 saylı “Araz” Ekologiya liseyi
  33. Bakı şəhər 5 nömrəli tam orta məktəb
  34. Yasamal rayon M.Müşfiq adına 18 nömrəli tam orta məktəb
  35. Bakı şəhər 83 nömrəli tam orta məktəb
  36. Bakı şəhər 164 nömrəli tam orta məktəb
  37. Bakı şəhər 276 nömrəli tam orta məktəb
  38. İsmayıllı rayon 1 nömrəli tam orta məktəb
  39. Bakı şəhər 189 nömrəli tam orta məktəb
  40. Xəzər rayon 26 nömrəli tam orta məktəb
  41. Ağstafa rayon texniki təmayüllü lisey
  42. Tovuz şəhər, Puşkin adına tam orta məktəb
  43. Şamaxı şəhəri Avropa liseyi