İnformasiya Təhlükəsizliyi Siyasəti 


 

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində informasiya təhlükəsizliyinin təmin olunması üzrə əsas tələblər, bölmələrin və ayrılıqda idarə əməkdaşlarının başlıca məqsəd və vəzifələri, informasiya təhlükəsizliyi sahəsində nəzarət prosesləri “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin İnformasiya təhlükəsizliyi siyasəti” adlı sənədlə tənzimlənir. Bu sənəd eyni zamanda informasiya təhlükəsizliyinin təmin olunması üzrə kompleks təşkilati və texniki tədbirləri müəyyənləşdirir. Sənəddə  aşağıdakı istiqamətlər üzrə tələblər öz əksini tapır:

·         İdarədə informasiya təhlükəsizliyinin təşkili üzrə tələblər       

·         Fiziki  və avadanlıq təhlükəsizliyi üzrə tələblər 

·         Zərərverici proqram təminatından mühafizə üzrə tələblər      

·         İnformasiya arxivlərinin çıxarılması və bərpası üzrə tələblər  

·         Şəbəkə infrastrukturunun təhlükəsizliyi üzrə  tələblər

·         Mobil və xarici informasiya daşıyıcılarının istifadəsi üzrə tələblər     

·         İnternetdən və elektron poçtdan istifadə üzrə tələblər 

·         Proqram təminatının təhlükəsizliyi üzrə tələblər           

·         Şifrə və kriptoqrafik mühafizə üzrə tələblər       

·         İnformasiya sistemlərinə daxilolma üzrə tələblər          

·         Kənar təşkilatlarla münasibətlər üzrə tələblər   

·         İdarədə əməliyyatların davamlılığı üzrə tələblər

·         Normativ qaydalara uyğunluğun təmini üzrə tələblər  

Sənədin tələbləri İdarənin bütün təşkilati strukturunu əhatə edir. Qaydaların tələbləri İdarənin rəhbər işçilərinə və əməkdaşlarına, proseslərdə iştirak edən digər əlaqədar tərəflərə (dəstəkləyici şirkətlər, kontragentlər, partnyorlar və s.) şamil edilir.