Ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunmuş namizədlərin elektron qeydiyyatına start verilir
Ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul
olunmuş namizədlərin elektron qeydiyyat prosesinə 20 avqustda start verilir.
Namizədlər https://portal.edu.az/
saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan
qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq
qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb
olunan sənədlərin əlavə edilməsi mümkündür. Müraciət zamanı sosial baxımdan
həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından
azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim
edilməsi hissəsi də mövcuddur.
Qeyd etmək lazımdır ki, müraciətlərin elektronlaşdırılması nəticəsində təhsilalanlar təhsil haqqının bank, poçt, eManat terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri və portal.edu.az vasitələrindən birini seçə bilər.
Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil
haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə
qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən
az olmayaraq təqaüdən əldə edilməsi üçün
müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan
keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların
siyahısından xaric ediləcəklər.
Məlumat üçün bildiririk ki, elektron sistem üzrə qeydiyyat 26 avqust saat
18:00-da yekunlaşacaqdır.