Ali təhsilin magistratura səviyyəsinə əlavə yerləşdirmədən qəbul olunanların elektron qeydiyyatına start verilib
Ali təhsil pilləsinin magistratura səviyyəsinə boş
qalan plan yerlərinə əlavə yerləşdirmədən qəbul olunmuş namizədlərin qeydiyyat prosesinə 14 avqust saat 11:00-da start
verilir. Müraciətçilər https://portal.edu.az/
portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan
qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq
qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edərək müraciət
ünvanlanır. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna
aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil
haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də
mövcuddur.
Qeyd etmək
lazımdır ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə
getmədən qeydiyyat etməklə yanaşı, təhsil haqqının bank, poçt, eManat
terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr
plastik kartla bankların mobil tətbiqləri və portal.edu.az vasitələrindən
birini seçə bilər. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil
haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə
qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən
az olmayaraq təqaüdən əldə edilməsi üçün
müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.
Məlumat üçün bildiririk ki, elektron sistem
üzrə qeydiyyat 21 avqust saat 18:00-da yekunlaşacaqdır.