Ali təhsilin magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinə start verilir

09.07.2024

Ali təhsilin magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinə start verilir

09.07.2024

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə 9 iyul tarixində start veriləcəkdir. Müraciətçilər https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Qeyd etmək lazımdır ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən qeydiyyat etməklə yanaşı, təhsil haqqının bank, poçt, eManat terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri və portal.edu.az vasitələrindən birini seçə bilər. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdən əldə edilməsi   üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.

Məlumat üçün bildiririk ki, elektron sistem üzrə qeydiyyat 18 iyul saat 18:00-da yekunlaşacaqdır.

Ali təhsilin magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinə start verilir