Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb
“Hökumət buludu”nun
(G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər
haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3
iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası
çərçivəsində Azərbyacan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən
informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na köçürülüb.
Nazirliyin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən informasiya sistemləri və
ehtiyatları qismən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN)
tabeliyindəki “AzInTelecom” MMC-yə məxsus Bakı Data
Mərkəzinə yerləşdirib. TSİİ “Hökumət buludu” layihəsi çərçivəsində Yerləşdirmə
(Colocation) xidmətindən istifadə etməklə informasiya resurslarını miqrasiya
edərək kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
Qeyd edək ki, RİNN
tərəfindən həyata keçirilən “Hökumət buludu” layihəsinin icraçısı nazirliyin
tabeliyindəki “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT
sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data Mərkəzlərinə tam və ya
qismən miqrasiyası həyata keçirilir. Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası
ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.
Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da
təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ
koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə
nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus Data mərkəzləri, həmçinin “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyir.