“mygov” portalına yeni təhsil sənədləri və məlumatlar əlavə olunub
İyulun 19-da Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyinin birgə brifinqi keçirilib.
Brifinqdə Elm və Təhsil
Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal
Xanlarov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad
Xalıqov, Rəqəmsal məhsulların inkişafı departamentinin rəhbəri Vurğun Hacıyev, Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz təqdimatlarla çıxış ediblər.
Brifinqdə Azərbaycan
Texniki Universitetinə bakalavriat səviyyəsi üzrə sənəd qəbulunun
rəqəmsallaşdırılmasından danışılıb. Bildirilib ki, artıq vətəndaşlar sənəd
qəbulu prosesini portal.edu.az vasitəsilə
tam rəqəmsal formada həyata keçirə biləcəklər. Eyni zamanda Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti və Azərbaycan–Fransız Universitetində (UFAZ) sənəd
qəbulunun rəqəmsallaşdırılması ilə bağlı işlərə başlanıldığı vurğulanıb.
Brifinqdə
“mygov” portalına daha 6 təhsil sənədi və məlumatın əlavə edilməsi
mövzusunda təqdimat da nümayiş etdirilib. Məlumat verilib ki, vətəndaşlar
portalda “Peşə təhsili sənədləri haqqında məlumatlarım”, “Ümumi təhsil haqqında
məlumatlarım”, “Cari ali və orta ixtisas təhsili haqqında məlumatlarım”, “Cari
ümumi təhsil haqqında məlumatlarım”, “Cari peşə təhsili haqqında məlumatlarım”,
“Övladlarımın cari ümumi təhsili haqqında məlumatları” bölmələrindən müvafiq
təhsil sənədləri və məlumatlarını elektron formada əldə edə bilərlər. Bununla
da ümumilikdə 10 təhsil sənədi və məlumatı tam rəqəmsal formada vətəndaşlara
təqdim olunur.
Brifinqdə
həmçinin qeyd edilib ki, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi
üzərindən QR kodu vasitəsilə paylaşmaq, PDF formatında yükləmək, o cümlədən
yaranmış problemi “Dəstək” bölməsinə müraciət edərək aradan qaldırmaq imkanına
malikdirlər.
Bundan
başqa, portalda təhsil məlumatlarının nə vaxt, kiminlə, harada paylaşıldığının
tarixçəsinə nəzər yetirməyin mümkünlüyü də əlavə edilib.
“mygov” tətbiqinin “Sənədlər” bölməsində tələbə kartının rəqəmsal versiyası da təqdim olunur