Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi beynəlxalq sərgidə iştirak etmişdir

26.01.2024

Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi beynəlxalq sərgidə iştirak etmişdir

26.01.2024
24-26 yanvar 2024-cü il tarixlərində Böyük Britaniyanın paytaxtı London şəhərində təhsildə texnologiya üzrə dünyanın ən böyük sərgisi olan “Bett 2024” beynəlxalq tədbiri təşkil olunmuşdur. Təhsil Sisteminin İnformasiyalaşdırlması idarəsinin rəisi Vüsal Xanlarov tədbirdə iştirak etmişdir.
Hər il təşkil edilən sərgidə 123 ölkəni təmsil edən ümumilikdə 30 000-dən çox bütün təhsil sahəsindən olan nümayəndələr iştrak etmişdir. ExCeL London sərgi mərkəzində keçirilən tədbirin məqsədi rəqəmsal öyrənmə platformaları, interaktiv təhsil alətləri, təhsil proqramları və digər bir çox təhsil texnologiyası məhsullarını nümayiş etdirmək olmuşdur.
3 gün davam edən sərgidə 600-dən çox yenilikçi EdTech və resurs həlli təminatçısı ilə tanış olan Azərbaycan nümayəndə heyəti İT şirkətləri, təhsil həlləri şirkətləri və ali təhsil müəssisələrinin nümayəndələri ilə silsilə görüşlərdə iştirak etmişdir.
Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi beynəlxalq sərgidə iştirak etmişdir
Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi beynəlxalq sərgidə iştirak etmişdir