Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi ÇXR-a səfəri çərçivəsində təhsil müəssisələrində olmuşdur
Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov Çin Xalq Respublikasına səfəri çərçivəsində təhsil müəssisələrində olmuşdur.
Çinin Guangdong əyalətinin
Şenzhen şəhərində yerləşən Shenzhen Universitetinə baş çəkən Vüsal Xanlarov təhsil
müəssisəsinin tədris və tədqiqat xidmətləri ilə yaxından tanış olmuşdur. Univeristet
regionun qabaqcıl şirkətləri və
texnoloji parkları ilə əlaqələri olan praktiki, tədqiqata əsaslanan kompüter
elmləri, informasiya texnologiyaları, mühəndislik kimi sahələri ilə xüsusilə seçilir.
Universitetdə təhsilin rəqəmsallaşması
istiqamətində qurum fəaliyyət göstərir. Qurumun fəaliyyət hədəflərinə idarəetmə
şəbəkəsinin qurulması və təhlükəsizliyi, proqram təminatının elmi-tədqiqatı, məlumat
resurslarının idarə edilməsi, innovativ tədris idarəçiliyi və imkanları kimi məsələlər daxildir.
Vüsal Xanlarov və universitet rəhbərliyi arasında idarəetmənin rəqəmsallaşması istiqamətində süni intellekt həlləri vasitəsilə yüksək texnoloji mühitə çıxış mövzusunda fikirlər səsləndirilmiş, müzakirələrdə əsas texnoloji yenilikləri ilə seçilən data əsaslı tətbiqlərin tədris prosesində istifadəsinə dair fikir mübadilələri aparılmışdır.
İdarə rəisi həmçinin 2 nömrəli
Shenzhen Eksperimental Məktəbində olmuşdur. Məktəb səfəri zamanı Vüsal Xanlarov
təhsil müəssisəsində şagird təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq
olunan üz tanıma həlləri ilə tanış
olmuşdur. Qurulmuş rəqəmsal insfrastruktur arasında təhsilalanların davamiyyətinə
nəzarət mexanizminin tənzimlənməsi və tədris prosesindəki müvəffəqiyyətlərinin
izlənməsinə yönəlmiş rəqəmsal həlllərin tətbiqi xüsusilə diqqət çəkmişdir.
Qeyd etmək lazımdır ki, tanınmış
təhsil müəssisəsinin tədris proqramlarına şagirdlərə müasir elmi sahələri və
texnoloji irəliləyişləri araşdırmağa yönəlmiş mühəndislik fənnləri tədris
olunur.