TSİİ rəisi Vüsal Xanlarov Çin Xalq Respublikasına səfəri çərçivəsində rəqəmsal texnoloji mərkəzlərdə olmuşdur
Təhsil Sisteminin İnformasiyalaşdırılması
idarəsinin rəisi Vüsal Xanlarov Huawei şirkətinin Dongguan şəhərində yerləşən
baş qərargahında olmuşdur. İdarə rəisi şirkətin qlobal tədqiqat və inkişaf mərkəzində
telekommunikasiya, istehlakçı elektronikası və bulud hesablamaları kimi sahələrdə
görülən işlərlə tanış olmuşdur. Səfər çərçivəsində Vüsal Xanlarov qərargah nəzdində
yaradılmış Huawei Universitetinə də baş çəkmişdir. Huawei Universitetinin əməkdaşları
tərəfindən işçilər və tərəfdaşlar üçün davamlı təlim proqramlarını və öyrənmə
imkanlarını təmin edən infrastruktur
nümayiş etdirilmiş, eyni zamanda İKT, süni intellekt, bulud hesablamaları və
digər qabaqcıl texnologiyalar sahəsində sənaye meyllərinə dair həllər barədə məlumat
verilmişdir.
Daha sonra Dongguan şəhərində yerləşən
Təhsilin rəqəmsallaşdırılması idarəsinə baş çəkən Vüsal Xanlarov mərkəzin rəhbərliyi
ilə görüşmüşdür. Görüş zamanı İKT-dən
istifadənin artırılmasına, e-təlim platformalarının təşviqinə və tədris
və öyrənmə təcrübələrini təkmilləşdirmək üçün süni intellekt və dövlət
buludunda müxtəlif qurumların verilənlər bazasının inteqrasiyasına fokuslanan
infrastruktur nümayiş etdirilmişdir. Qeyd edək ki, qurumun fəaliyyəti 1900 təhsil
müəssisəsini və 1 milyon 700 min şagirdi əhatə edir və onların müvafiq elektron
infrastrukturla təchiz edilməsinə dəstək göstərir. Mərkəz daxilində müəllimlər
üçün təchiz edilmiş studiyalar onların bacarıqlarını təkmilləşdirmək, yeni məzmunun
yaradılmasına xidmət edir. Bu isə öz növbəsində təhsilverənlər üçün tədris resurslar,
alətlər və peşəkar inkişaf imkanlarını təmin edən onlayn öyrənmə kontekstində
istifadə olunan təhsil platformasına əlçatanlığı təmin etmiş olur. Görüş nəticəsində
qurumlararası əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə edilmişdir.