“Müəllimlərin
potensialının artırılması və Təhsil Nazirliyi üçün Təhsil İnformasiya
Sisteminin yaradılması” adlı texniki yardım qrant layihəsinin icrasının
başlanılmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə qeyd
edilib ki, layihə çərçivəsində “KOICA” tərəfindən qarşıdakı 36 ay ərzində müəllim
hazırlığının informasiyalaşdırılması üzrə "Master Plan", Elektron Tədris
Sistemi, Multimedia Mərkəzinin yaradılması və Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsində Data Mərkəzin avadanlıqlarla təmin edilməsi
nəzərdə tutulub.
“KOICA” Azərbaycan Nümayəndəliyinin ölkə üzrə
direktoru Kumok Park layihənin Koreya təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda
təhsil sisteminin informasiyalaşdırılmasına töhfə verəcəyinə ümid etdiyini
bildirib.
Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov iki ölkə
arasında bu sahədə təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini
vurğulayıb.
Layihə Koreya
Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata
keçirilir.