“FIRST LEGO League” mühəndislik və robot texnikası üzrə turnirin komanda rəhbərləri üçün ilk məlumat sessiyası keçirilib

  • Bazar ertəsi , 9 Dekabr 2019


  • 13:25

5 dekabr tarixində “ADA” Universitetində “FIRST LEGO League” (FLL) mühəndislik və robot texnikası üzrə turnirin komanda rəhbərləri üçün ilk məlumat sessiyası keçirilib.

Sessiyada iştirakçılar 2019-2020-ci tədris ili üzrə keçiriləcək turnirin qaydaları və yeniliklər barədə məlumatlandırılıblar.

Cari ildə keçiriləcək yerli turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 55 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Turnir hər il müxtəlif qlobal elmi və texnoloji problemlərə həsr olunur. Bura “hidrodinamika – suyun səyahəti”, “heyvanların qorunması”, “okeanların qorunması”, “yaşlılara yardım”, “qlobal iqlim”, “dünya təhsili” və s. kimi fərqli mövzular daxildir. 2019-2020-ci tədris ili üzrə turnir şəhərsalma və arxitektura mövzusuna həsr edilib və "City Shaper" adlanır.

Qeyd edək ki, FLL turniri ölkəmizdə Təhsil Nazirliyi, “ADA” Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə artıq 3 ildir ki keçirilir.